Türkmənistan prezidenti atdan yıxılıb

Türkmənistan prezidenti atdan yıxılıb Türkmənistan prezidenti türkmən qaçağan atının şərəfinə həsr olunmuş cıdırda iştirak zamanı atdan yıxılıb.


APA-nın BBC telekanalına istinadən yaydığı məlumata görə, finiş xəttini birinci keçən prezidentin atı qəflətən büdrəyərək Qurbanqulu Berdımühəmmədovu baş üzərindən yəhərdən yerə atıb. Prezident qısa müddətdə yerdə qalıb, köməyə gələn təhlükəsizlik xidmətinin əməkdaşları dövlət başçısını təcili yardım maşınına aparıblar. Tribunalara təxminən yarım saat sükut çöküb, prezidentin səhhəti ilə bağlı məlumat almaq istəyən xarici jurnalistlərdən çəkiliş aparmamaq və zəng vurmamaq xahiş edilib. Baş verən hadisəni “idman insidenti” kimi dəyərləndirən rəsmilər hadisə baş verən zaman çəkilmiş foto və videomaterialları silməyi xahiş ediblər.



Lakin 40 dəqiqə sonra Qurbanqulu Berdımühəmmədov heç nə olmamış kimi milli geyimdə ictimaiyyətin qarşısına çıxıb və onun gəlişi sürəkli alqışlarla qarşılanıb. Qeyd edək ki, Türkmənistan prezidenti Axaltəkə atının tanınmış bilicilərindən sayılır. Qeyd olunan yarışda məsafəni 21,2 saniyəyə qət edən prezident 11 milyon dollar qazanıb və bu pulun atçılıq idman növünün maddi-texniki bazasının möhkəmlənməsinə sərf ediləcəyini bildirib.



Şərhlər
Dünya bölməsinin xəbərləri