Azərbaycan paytaxtında yeni yollar salınacaq
- 07.09.2013, 13:00,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan paytaxtında 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bir sıra yeraltı keçidlər, o cümlədən yollar salınacaq.
APA-nin məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində “Azəryolservis” ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, Bakıda keçiriləcək beynəlxalq oyunlarla bağlı yeni yolun tikintisi də nəzərdə tutulub. I Avropa Oyunları ilə bağlı olaraq Bakıda Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması planlaşdırılır.
“Bundan başqa, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel “Koroğlu” metro stansiyasına qədər yolun tikintisi və s. işlər həyata keçiriləcək”, - deyə C.Qurbanov əlavə edib.