Azərbaycanda əri tərəfindən döyülən hamilə qadının bətnindəki körpə ölüb
- 07.09.2013, 17:11,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda əri tərəfindən döyülən hamilə qadının bətnində olan körpə ölüb.
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərinin “Quşçuluq” massivində qeydə alınıb.
Həmin ünvanda kirayə yaşayan 1989-cu il təvəllüdlü Şəhla Ağamoğlan qızı Quliyeva Abşeron Rayon Polis Şöbəsinə bu gün ərizə ilə müraciət edərək, 15 gün öncə əri Rəşad İsmayılov tərəfindən döyüldüyü barədə məlumat verib.
Polisdən həmçinin bildirib ki, Ş.Quliyeva hamilə olub və döyülmə nəticəsində bətnində olan körpə ölüb.
Faktla bağlı araşdırma aparılır.