Sirus Təbrizli vəfat edib

Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, keçmiş YAP-çı Sirus Təbrizli vəfat edib.

Vəkil Aslan İsmayılov APA-ya bildirib ki, S. Təbrizlinin dünyasını dəyişməsi barədə ona qızları məlumat veriblər. Vəkilin sözlərinə görə, S. Təbrizli Nabrandakı bağ evində dünyasını dəyişib: “Onun ölümünün səbəbi hələlik bilinmir. Sirus Təbrizli gecə yatıb, səhər yuxudan ayılmayıb”.

Sirus Təbrizli Xudadat oğlu 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyası sədr müavini olub. Bir neçə çağırış Milli Məclisin deputatı seçilib.

Evlidir, 2 övladı var.
Şərhlər
Hadisə bölməsinin xəbərləri