Bakıda oğurluq edən qayınana və iki gəlini tutulub

Bakıda qayınanası ilə birgə oğurluq edən 2 gəlin tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 27-də 100 saylı xətt avtobusunda Bakı şəhər sakini Bənövşə Nüsrətovanın əl çantasından içərisində 960 manat və maaş kartı olan pul kisəsi oğurlanıb.

Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Elvin Seyfullayev, Natavan Şamilova, Mətanət Şamilova və Məleykə Şamilova tutulublar.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, tutulanlar M. Şamilova və N. Şamilova Məleykə Şamilovanın gəlinləridir.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri