Baş Dövlət Yol Polisi İdarəsi ötən gün sosial şəbəkələrdə yayılan yol polislərinin “panamericano” rəqsi xəbərinə reaksiya verib.
Qurumun şöbə rəisi Kamran Əliyev "qafqazinfo"ya bildirib ki, portallarda yayımlanmış həmin videoda rəqs edənlər Azərbaycan yol polisləri deyil:
“Əvvəla sosial şəbəkələrdə yerləşdirilmə tarixindən də görünür ki, bu 2-3 il əvvəlin görüntüləridir. Digər tərəfdən həmin polislərin geyimi də fərqlidir. Azərbaycan yol polislərinin geyiminin qolunda nişan olur. Amma həmin polislərdin geyimində bu yoxdur. Bu postsovet ölkələrinin birində çəkilmiş videodur, Azərbaycanla əlaqəsi yoxdur”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yol polislərinin rəqs etməsini əks etdirən video-çarx yayılmış, onların Azərbaycan polisi olduqları iddia olunmuşdu.
________________
Bu ilginc video sosial şəbəkələrdə yayılıb və harada çəkildiyi dəqiq məlum deyil. Bununla belə görüntülərə əsasən ehtimal etmək olar ki, ötən əsrin 50-cı illərində yaranmış və hələ də populyar olan bu rok musiqisinin ritmlərinin sədaları altında, gizləndikləri kolun arxasında rəqs edən DYP əməkdaşları hansısa rayon yollarından birində, yaxud Bakıətrafı kəndlərdə “hərəkətin təhlükəsizliyini təmin edirlər”. Ehtimal ki, onların rəqsini ya DYP avtomobilində quraşdırılmış kamera, ya üçüncü həmkarları çəkib.
“Americano” rok rəqsi Avstraliya musiqi dueti ”Yolanda Be Cooli”nin ilk dəfə 1956-cı ildə oxuduğu “We No Speak Americano” sinqlinin musiqisi əsasında yaranıb. Bu sinql yaranandan dərhal sonra bütün dünyada məşhurlaşıb və beynəlxalq hitə çevrilib. O, hələ də dünyada populyar olaraq qalır.