“Kapital Bank” 100 milyon ABŞ dolları həcmində istiqraz buraxır
- 01.05.2013, 14:20,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Kapital Bank"ın 75 milyon manat məbləğində faizli, sənədsiz, adlı və təmin edilməmiş istiqrazların emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend QKDK-nin saytına istinadən məlumat verir.
Emissiya çərçivəsində hər birininin nominal dəyəri 1000 manat olan 75 min istiqraz qeydiyyata alınıb. Bank istiqrazlarının qapalı yerləşdirilməsini planlaşdırır.
Bu, "Kapital Bank"ın tərəfindən il ərzində ikinci istiqraz buraxılışıdır. Yanvarda bank ümumi məbləği 60 milyon manat həcmində olan təmin edilməmiş istiqrazlar buraxıb.