Moskvada mer seçkiləri keçirilib
- 09.09.2013, 00:38,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya paytaxtında 10 ildə ilk dəfə mer seçkiləri keçirilir. APA-nın verdiyi məlumata görə, 6 namizədin iştirak etdiyi seçkidə 7 milyon paytaxt sakinin səsvermədə iştirak edəcəyi nəzərdə tutulub.
Səhər saat 8-dən başlayan səsvermədə bir sıra yeniliklər edilib. Seçkilərdə vətəndaşların səsverməni internetdən canlı olaraq izləyə bilmələri üçün bütün seçki məntəqələrində kameralar quraşdırılıb. Səsvermə nəticəsində hazırda mer vəzifələrini icra edən Sergey Sobyaninin namizədliyi təsdiqlənərsə, o elə bu gündən səlahiyyətlərinin icrasına başlayacaq. Bu barədə məlumat seçki komissiyasının rəsmi internet saytinda yerləşdirilib.
Moskva meri postu uğrunda əsas mübarizə indiki mer Sergey Sobyanin və məşhur müxalif bloqqer Aleksey Navalniy arasında gedir. Moskvada seçkilərin təhlükəsizliyinin təmin edilməsinə 40 min polis cəlb olunub.
Qeyd edək ki, Moskva merinin seçilməsi ilə yanaşı Rusiyanın ümumilikdə 34 subyektində seçkilər keçirilir. Bu seçkilər ali icraedici orqanlara keçirilən seçkilərdir. Rusiya Federaisyasın 8 subyektində- Xakasiya Respublikası Zabaykale və Xabarovski əyalətləri, Maqadan, Vladimir və Moskva vilayətlləri, Moskva şəhəri və Çukotka muxtar vilayətinin ali icraedici orqanlarına seçkilər keçirilir. Rusiyanın digər subyektlərində - Dağıstan və Tatarıstanda isə yerli xalq məclisləri respublika prezidentini seçirlər.
Ümumilikdə Rusiya ərazisində keçirilən bu seçkilərdə 55 milyon nəfər seçici hüququndan yararlana bilər. Vahid seçki günündə Rusiya Federasiyasında Ədliyyə Nazirliyindən qeydiyatdan keçmiş 54 siyasi partiya iştirak edir.