Xəzərin Azərbaycan sektorunda zəlzələ olub
- 09.09.2013, 11:19,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda zəlzələ olub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 09.35-də Xəzər dənizində, Nardarandan 11 km şimalda Rixter cədvəli ilə 4.0, Abşeronun dənizyanı yaşayış məntəqələrində 4.0-3.0 bal gücündə hiss olunub.
İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.
RSXM-in informasiya şöbəsinin rəhbəri Vüsalə Rafiqqızının bu gün baş verən zəlzələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, Xəzər dənizində baş verən zəlzələnin dənizsahili bəzi yerlərdə hiss olunmasına baxmayaraq, bu o qədər də narahatlıq doğura biləcək zəlzələ deyil, adi təkanlardan biridir: “Odur ki, bütün media nümayəndələrindən xahiş edirəm ki, məlumatı yayarkən diqqətli olsunlar. İnsanlarımızda yersiz narahatçılıq doğura biləcək məlumatlar yaymasınlar”.