Bakıda iki kirayənişinin mübahisəsi qətllə nəticələnib

Bakının NZS qəsəbəsində kirayədə yaşayanlar arasında düşən mübahisə qətllə nəticələnib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən əlumata görə, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində kirayədə yaşayan Rəşad Həziyev şəxsi mübahisə zəminində Bərdə rayon sakini Aqil Məhərrəmovu bıçaqla qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin Cniyaət-Axtarış Şöbəsi və 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Ağcabədi rayon sakini Rəşad Həziyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri