Prodüseri Röyanın boşanma xəbərindən danışdı (FOTO)

Prodüseri Röyanın boşanma xəbərindən danışdı (FOTO) Müğənni Röyanın həyat yoldaşı Anarın "İnstaqram" səhifəsində zarafatla "boşandıq" yazması çoxları tərəfindən ciddi qəbul olundu.


Live.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, müğənninin prodüseri Kənan Bayramov boşanma xəbərlərini kökündən təkzib edib: "Elə bir şey yoxdur. Röya və Anar boşanmayıb. Anarın instaqramda yazdığı şərhdən də bəllidir ki, o sadəcə röyasevərlərlə zarafatlaşıb. Hamısı bu qədər. Sadəcə Röyanı sevməyənlər bunu ciddi xəbər kimi şişirdiblər. Vəssalam!"


Xatırladaq ki, Anar Cəlilovun İnstagram səhifəsində, Röyanın pərəstişkarlarının yazdığı “Bəs Röya hanı?” şərhlərinə, gülüş işarəsi qoyaraq “Yoxdur, boşandıq” yazıb.



Prodüseri Röyanın boşanma xəbərindən danışdı (FOTO)
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri