Azərbaycanda körpəyə “Xiyar” adı qoyulub

Kəpəz TV xəbər verib ki, bu il uşaqlara qoyulan adlar içərisində dini adlar üstünlük təşkil edir. Lakin bir sıra adlar da var ki, tələffüzü gülüş doğursa da, valideynlər tərəfindən bu cür adlar öz övladlarına ya verilib, ya da istəklərinə “yox” deyilib.


İngilis, Afser, Sovet, Durxanım, Türməxanım, Xırdaxanım, Arxabala, Taktak, Dilqat, Bombahadur, Dayandur, Qızqayıt, Dandili, Pompulu və sair kimi adlar məqsədə uyğun olmasa da, yaxın keçmişdə doğulan uşaqlara qoyulan adlardır. Bu cür adlar sırasına Gəncədə 2013-cü ilin son statistikasına aid olan Diləndər, Xiyar, Xiyarə və Fındıq kimi müraciətləri də daxil etmək olar.

Nizami və Kəpəz rayon Qeydiyyat şöbələrindən verilən məlumata görə isə ümumiyyətlə, Gəncədə doğulan uşaqlara verilən adlar içərisində oğlanlar üçün ən çox yayılmış Yusif və Hüseyn, qızlar üçün isə Fatimə adlarıdır. Məhəmməd, Əli, Həsən, Zəhra, Zeynəb, Rüqəyya, Səkinə adları da üstünlük verilən dini adlardır. Müasir sayılan adlar içərisində isə Murad, Ayla, Ayan, Aysu və Dəniz adları valideynlər tərəfindən daha çox seçilir.




qafqazinfo
Şərhlər
Maraqlı bölməsinin xəbərləri