Azərbaycanda qeyri-sabit hava üç gün davam edəcək, temperatur 7 dərəcə düşəcək

Sentyabrın 10-dan 13-dək respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, Azərbaycan ərazisində havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.

Sentyabrın 10-da ölkə ərazisində şimal-qərb küləyi arabir güclənəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri