Demet Akalın təxirə salınan Bakı konsertindən danışdı

Demet Akalın təxirə salınan Bakı konsertindən danışdı “Bakıya gəlməyi çox istəyirdim. Bütün konsert heyyətimlə tezliklə Bakıda olacam." Bu sözləri məşhur türk sənətçisi Demet Akalın Twitter səhifəsində yazıb.


ANS-in məlumatına görə, Demet Akalın çoxdandır Bakıya gəlmək arzusunda olduğunu bildirib: "Hər kəsi Heydər Əliyev Sarayında baş tutacaq konsertimə dəvət edirəm. Konsertə çox yaxşı hazırlaşmışam. Bakını görmək çoxdankı arzum idi. Nəhayət arzuma çatacam.”


Həyat Yoldaşı Okan Kurtdan 4 aylıq hamilə olan Demet Akalın, uşağının cinsiyyətini öyrənmək üçün getdiyi xəstəxanadan aldığı cavabı da öz Twitter səhifəsində fanatları ilə belə bölüşüb: “Ufaklık kəndini göstermiyor.”


Qeyd edək ki, 3 gün öncə yerli mətbuatda Demet Akalının Bakı konserti təxirə düşdüyü barədə məlumatlar yer almışdı.Konsertin təşkilatçısı şairə Günel Sərdarqızı məsələyə aydınlıq gətirib: “Bu işlərdə qarşı tərəflə bağlı heç bir problem yox idi. Bizdə olan bəzi səbəblərə görə təxirə salmaq məcburiyyətində qaldıq. Konsert sentyabrın 21-də baş tutmalı idi. Amma Demetin Bakıya gəlişi ya gələn ay, ya da yeni il ərəfəsinə planlaşdırılır” - deyə bildirib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri