Kemeron: "Böyük Britaniya Suriyaya qarşı hərbi əməliyyatda iştirak etməyəcək"

Böyük Britaniya Suriyaya qarşı hərbi əməliyyatda iştirak etməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Böyük Britaniyanın baş naziri Devid Kemeron çıxış edib. O qeyd edib ki, rəsmi London BMT çərçivəsində Bəşər Əsəd rejiminə siyasi təzyiqlərin artmasına nail olmağa çalışacaq.

“Britaniya Suriyaya qarşı hansısa hərbi əməliyyatda yer almayacaq. Biz Dəməşqə təziyq göstərməkdə davam edəcəyik”, - deyə Kemeron parlamentdə çıxış zamanı bəyan edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri