Dövlət Dəmir Yolları QSC-dən tələbələrə xəbərdarlıq

Dövlət Dəmir Yolları QSC-dən tələbələrə xəbərdarlıq “Yeni dərs ilinin başlamasına 3-4 gün qalmış bilet axtarmayın. Dövlət dəmir yollarında qatarlara biletlər 10 gün əvvəldən satılır. Əgər kimsə bilet tapa bilmirsə, bu onlun öz günahıdır." Bunu ANS-ə açıqlamasında Dövlət Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

N. Əzməmmədov həmçinin reyslərə əlavə vaqonlar qoşulacağı ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, əlavə vaqonlar sentyabrın 12,14,16 tarixlərində əsasən qərb istiqamətlərinə hərəkət edən qatarlara qoşulacaq.

N. Əzməmmədov yeni vaqonların artıq texniki baxışdan keçirilərək sərnişinlərin isifadəsi üçün tam hazır vəziyyətə gətirildiyini də bildirib. Onun sözlərinə görə, sərnişin sıxlığının qarşısını almaq üçün qatarlara qoşulması gözlənilən yeni vaqonlara biletləri vətəndaşlar yalnız vaqon qoşulduğu gün ərzində ala bilərlər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri