Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 33 dərəcəyədək artacaq

Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 33 dərəcəyədək artacaq Azərbaycan ərazisində havanın tempereturu tədricən yüksələcək, ölkənin bəzi ərazilərində temperatur 33 dərəcəyədək artacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev çərşənbə günü Trend-ə bildirib ki, mayın 2-də və 3-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-şərq və cənub-şərq küləkləri əsəcək. Gecə 10-14 dərəcə, gündüz 21-26, bəzi yerlərdə 28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 2-də və 3-də hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman qeydə alınacaq. Aran rayonlarında gecə 11-16 dərəcə, gündüz 25-30 dərəcə, bəzi yerlərəd 33 dərəcə isti olacaq. Havanın temperaturu dağlarda gecə 8-13 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri