Sergey Sobyanin Moskva meri oldu

Rusiya Mərkəzi Seçki Komissiyası Moskva meri vəzifəsinə keçirilən seçkilərin son nəticəsini açıqlayıb.

Live.az-ın Ria Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədr müavini Valentin Qorbunov açıqlama verib.

Onun sözlərinə görə, yekun nəticələrə əsasən, Sergey Sobyanin 51,37% səs toplayıb. Onun ən yaxın namizədi Aleksey Navalnı 27,24%, İvan Melnikov 10,69%, Sergey Mtroxin 3,51%, liberal demokrat Mixail Deqtyaryov 2,86%, “Nikolay Leviçev isə 2,79% səs toplayıb.

V. Qorbunovun sözlərinə görə, Moskva merinin adniçmə mərasiminin sentyabrın 12-də keçiriləcəyi gözlənilir. O, həmçinin bildirib ki, Sobyaninin yeni mer kimi komissiyanın çərşənbə günü keçiriləcək iclasında qeydiyyatdan keçəcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri