Azərbaycandan İrana qatarla getmək mümkün olacaq

Azərbaycandan İrana qatarla getmək mümkün olacaq "İşlər sürətlə aparılsa, Azərbaycan və İran dəmir yollarının yaxın 5 ilə birləşdirilməsi mümükün olacaq".


ANS-in verdiyi məlumata görə bunu jurnalistlərə Nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, İranla dəmir yollarının birləşdirilməsi Şimal-Cənub layihəsi çərçivəsində nəzərdə tutulub. Bu istiqamətdə əsasən İran tərəfində tikinti işlərinin həyata keçiriləcək: “İran Qəzvin-Rəşt istiqamətində dəmiryolu xəttinin tikintisini davam etdirilir və işin təqribən 60 faizlik həcmi yerinə yetirilib. Bu işlər yekunlaşdırıldıqdan sonra Rəştdən-Astaraya qədər dəmir yolunun tikintisi nəzərdə tutulub”.


Nazir müavinin sözlərinə görə, İran tərəfi yaxın zamanlarda iki ölkə nümayəndələrinin görüşünü təklif edib. Yəqin ki, bu görüş çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi məsələsi müzakirə ediləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri