Şabranda qəzada yaralananlara köməyə gələnləri maşın vurdu: 2 nəfər ölüb, 1 nəfər yaralanıb
- 01.05.2013, 14:31,
- Hadisə / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şabran rayonunun Gəndob kəndi ərazisində yol-nəqliyyat hadisəsi dramatik sonluqla nəticələnib. Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, aprelin 30-da saat 22.30 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində Xaçmaz rayon sakini Nurəddin Əlimuradovun idarə etdiyi "Hyundai" markalı və Sumqayıt şəhər sakini Elton Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.
Bununla əlaqədar kömək məqsədi ilə oraya gəlmiş Mollakamallı kənd sakinləri Sahib Orucov, Nicat Babayev və Hüseynağa Hüseynov bu zaman hadisə yerindən keçən Bakı şəhər sakini Mehman Quliyevin idarə etdiyi "Toyota" markalı avtomaşınla vurulublar.
Nəticədə H.Hüseynov və N.Babayev hadisə yerində ölüb, S.Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.