Suriya kimyəvi silahın qadağan olunması haqqında konvensiyaya qoşulmağa hazırdır

Suriya Rusiyanın təşəbbüsünü qəbul edərək kimyəvi silahdan tamamilə imtina etməyə və kimyəvi silahın qadağan olunması haqqında konvensiyaya qoşulmağa hazırdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Suriya XİN rəhbəri Valid əl Müallem bəyan edib.

“Rusiya təşəbbüsü ilə Suriya kimyəvi silahın istifadəsindən tamamilə imtina edəcək”, deyə Valid əl Müallem “Əl Mayəddin” peyk telekanalına müsahibəsində bildirib.

Bundan başqa, Dəməşq ərazisində olan kimyəvi silah obyektlərini təqdim etməyə və onun istehsalını tamamilə dayandırmağa razıdır, deyə Müallem bəyan edib.

“Biz kimyəvi silahla təchiz olunan obyektləri Rusiya, digər ölkələr və BMT nümayəndələrinə nümayiş etdirməyə hazırıq”, deyə nazir əlavə edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri