Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin yeni rəhbəri seçilib
- 11.09.2013, 01:59,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni rəhbəri 59 yaşlı alman Tomas Bax seçilib.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, səsvermə bu gün Argentinanın paytaxtı Buenos Ayresdə baş tutan BOK-un 125-ci sessiyasında keçirilib.
Qılıncoynatma üzrə olimpiya çempionu (1976) Tomas Bax əvvəllər BOK-un vitse-prezidenti vəzifəsində çalışıb.
Qurumun rəhbəri vəzifəsi uğrunda onunla yanaşı Yüngül Atletika üzrə Beynəlxalq Federasiyasının vitse-prezidenti Sergey Bubka (Ukrayna), BOK-un vitse-prezidentləri Riçard Karrion (Puerto-Riko) və Ser Myanq Nqa (Sinqapur), Həvəskar boks üzrə Beynəlxalq Federasiyasının prezidenti Çinq-Kyo Vu (Tayvan) və Avarçəkmə üzrə Beynəlxalq Federasiyasının prezidenti Denis Osvald (İsveçrə) iddia edib.
Qeyd edək ki, BOK-un rəhbəri son 12 il ərzində Jak Roqqe olub.