YARAT! Müasir İncəsənət Məkanı rəssam və dizayner Orxan Məmmədin işini təqdim edib
- 01.05.2013, 14:36,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Aprelin 30-da YARAT! Müasir İncəsənət Məkanı, "Participate Public Art Festival" ın növbəti iştirakçısının işini bakılıların və şəhərin qonaqlarının diqqətinə çatdırıb.
Tədbirdə YARAT! Müasir İncəsənət Məkanı təşkilatının təsisçisi Aida Mahmudova, görkəmli ictimai, mədəniyyət və incəsənət xaidmləri iştirak ediblər.
Yolu qırmızı xalça ilə bəzədilmiş keçid və əlavə digər daxili dekorativ elementlərin köməyi ilə dizayner və rəssam Orxan Məmməd şəhərin mərkəzində olan adi yeraltı keçidi özünəməxsus "V.İ.P." yeraltı keçidə çevirəcək. Bununla rəssam şəhər sakinlərinin diqqətini artıq adət halına çevrilmiş bir hala cəmləyir: bəzi piyadalar bilərəkdən keçidlərə fikir verməyib, yolu qadağan olmuş yerdən keçirlər və sürücülərlə bərabər özlərini də təhlükə altına atmış olurlar. Rəssam soyuq yeraltı keçidin divarlarına piyadaların duya biləcəyi vizual cazibəni əlavə edəcək. Sanki yeraltı keçiddən istifadə edəcək hər kəs özünü V.İ.P. qonaq saysın və meqopolisin həyatında oynadığı rolu başa düşsün; bu rəssamın istəyidir.
"V.İ.P. keçid" layihəsi "Participate Public Art Festival" çərçivəsində təqdim olunan 4-cü işdir. Xatırladaq ki, Azərbaycandan, Rusiyadan, Gürcüstandan, Böyük Britaniyadan, Portuqaliyadan, Hollandiyadan olan 10 rəssam xüsusi olaraq festival üçün öz işlərini hazırlamışlar. Festival "Bank Respublikanın" dəstəyi ilə keçirilir.