Xilasedicilər Bakıda evdə köməksiz vəziyyətdə qalmış 17 yaşlı qızı xilas ediblər
- 11.09.2013, 02:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xilasedicilər Bakıda evdə köməksiz vəziyyətdə qalmış 17 yaşlı qızı xilas ediblər.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər 1996-cı il təvəllüdlü qız köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından enərək daxil olublar.
Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi evdə köməksiz vəziyyətdə aşkar edərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verərək xilas olunmasını təmin ediblər.