Bakı limanı gələn il köçürüləcək

Bakı limanı gələn il köçürüləcək “Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci fazası üzrə işlər palana uyğun davam etdirilir”. Bunu jurnalistlərə Nəqiliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, hazırda limanda əsas birinci fazanın tikintisi gedir və bu çərçivədə 10 milyon tona qədər quru yükün və eyni zamanda 50 minə yaxın iri həcimli kontenerin daşınması planlaşdırılır.

“Hazırda Limanın dəniz hissəsində dibdərinləşdirmə işləri artıq yekunlaşıb. İndi sahilə qədər 7 kilometr uzunluğunda kanal çəkilib. Bu kanal Limanda böyük gəmilərin yan almaları üçün imkan yaradacaq. Hazırda Bərə terminalında işlər davam etdirilir. Şəhərin mərkəzində mövcud olan Bərə terminalının da 2014-cü ilin sonunadək yeni Limana köçürülməsi nəzərdə tutulur. Növbəti mərhələdə quru yük gəmilərinin də buraya köçürülməsi palanlaşdırılır”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri