Ceyms Uorlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlardan istifadə etməyə davam edəcək

Ermənistan XİN rəhbəri Edvard Nalbandyan sentyabrın 10-da ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul edərək missiyasının başlanması münasibəti ilə təbrik edib.


APA-nın Ermənistan KIV-nə istinadən verdiyi xəbərə görə, Ermənistan XİN mətbuat xidmətinin açıqlamasında bildirilir ki, “Nalbandyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə ABŞ, Rusiya və Fransanın ardıcıl vasitəçi səylərini yüksək qiymətləndirdiyini bəyan edib. Nazir Ceyms Uorlikin böyük diplomatik təcrübəsinin və peşəkar hazırlığının bu məqsədə xidmət edəcəyinə ümidvar olduğunu bildirib”.


Ceyms Uorlik, öz növbəsində qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün bütün imkanlardan bundan sonra da istifadə edəcək.


“E.Nalbandyan bildirib ki, Ermənistan həmsədr dövlətlərlə birlikdə ATƏT Minsk Qrupunun vasitəçiləri tərəfindən təqdim olunmuş prinsip və elementlərin əsasında münaqişənin yalnız dinc yolla həllinə meyllidir”, deyə Ermənistan XİN mətbuat xidmətinin məlumatında bildirilir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri