Futbol üzrə Dünya Çempionatı 2014-ün seçmə mərhələsinin növbəti oyunlar keçirilib
- 11.09.2013, 09:33,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün futbol üzrə Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
Trend-in məlumatına görə, B qrupunda mübarizə aparan İtaliya Çexiyanı qəbul edib. Ev sahibləri 2:1 hesabı ilə qələbə qazanaraq DÇ-yə vəsiqəni təmin ediblər.
C qrupunda Almaniya, E qrupunda isə İsveçrə səfərdə qazandıqları qələbələrlə mövqelərini qoruyublar.
Millimizin də yer aldığı F qrupunda isə İsrail yığmasının DÇ-nin final mərhələsinə yüksəlmək üçün son ümidləri də demək olar ki, puça çıxıb. Belə ki, Rusiyaya 1:3 hesabı ilə məğlub olan İsrail millisi qrupda ikinci yeri tutan Portuqaliyadan 5 xal geridədir.
H qrupunda Ukrayna İngiltərə və Monteneqro ilə gərgin mübarizəni davam etdirir.
Bu gün keçirilən bütün oyunların nəticələri:
A qrupu
Makedoniya - Şotlandiya - 1:2
Uels - Serbiya - 0:3
B qrupu
Ermənistan - Danimarka - 0:1
Malta - Bolqarıstan - 1:2
İtaliya - Çexiya - 2:1
C qrupu
Qazaxıstan - İsveç - 0:1
Farer adaları - Almaniya - 0:3
Avstriya - İrlandiya - 1:0
D qrupu
Rumıniya - Türkiyə - 0:2
Macarıstan - Estoniya - 5:1
Andorra - Niderland - 0:2
E qrupu
Norveç - İsveç - 0:2
Kipr - Sloveniya - 0:2
İslandiya - Albaniya - 2:1
F qrupu
Rusiya - İsrail - 3:1
Lüksemburq - Şimali İrlandiya - 3:2
G qrupu
Litva - Lixtenşteyn - 2:0
Slovakiya - Bosniya və Herseqovina - 1:2
Yunanıstan - Latviya - 1:0
H qrupu
San Marino - Polşa - 1:5
Ukrayna - İngiltərə - 0:0
I qrupu
Gürcüstan - Finlandiya - 0:1
Belarus - Fransa - 2:4