Azərbaycanda qaynata gəlinini zorladı

Göyçayda qaynata övladının sonzuluğunun gizlət mək üçün gəlinini zorlayıb. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, türkürpədici hadisə Göyçayın Qarağıdır kəndində İbrahimovlar ailəsində baş verib.

Belə ki, həmin kənddə yaşayan 27 yaşlı G.İ 5 il bundan əvvəl həmin kənddə yaşayan Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı qurub. Lakin bu illər ərzində oğlanın sonsuzluq problemi olduğundan oğlanın atası Rauf İbrahimov gəlini min bir yolla aldadıb. Qaynata qızı ölümlə hədələyərək sonsuzluq sirrinin açmamasını və oğlunun el içində biabır olmamasını bildirərək, onu bir neçə dəfə zorlayıb.

Qaynatası tərəfindən zorlanan gəlin məsələni qaynanası Gülxar İbrahimovaya danışıb.

Gəlinin sözlərinə görə, qaynata ilə qaynana kənddə biabır olmamaq üçün gəlini məsələni açmamaq üçün dilə gətirməyə çalışıblar. Lakin gəlin, bir neçə dəfə özünə qəsd etmək istəyib.

Bu sirrin üstünü açacağını deyən gəlindən qorxan qaynata onun psixologiyasında ciddi problemləri olan xəstə adı ilə avqustun 29-da ata evinə göndərib.

“Son vaxtlar övladı olmamasına görə, qızının səhhətində problemlər yaranıb. Onu başa düşürəm. Qoy bir az sizdə qalsın özünü ələ alsın, sonra evə qaytaracam”, - deyə qaynata bildirib.

Hələ də baş verənləri anlamayan qızın atası və ailəsi elə həmin günün gecəsində qızın öz dilindən olanları öyrənə biliblər. Gəlinin atası Süleyman Mahmudovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ayın 16-da qızı özünü öldürmək üçün cəhd etdiyi binada onu xilas edib. "Əclaf sən utanmırsan, həyatımı bitirdin. Öz qızın yaşdayam, mənim başıma hansı oyunları gətirdin. Bunu unutmayacam. Bu ləkə ilə sizin ailədə yaşaya bilmərəm. Utanın”, - deyə gəlin qayınataya bildirib.

Qızlarının zorlanmasından agah olan ailə dərhal rayon polis şöbəsinə şikayət ediblər. Hazırda iş istintaqda olsa da, ailə yubanmalar və süründürməçilikdən şikayətçidir.

Hadisə ilə əlaqədar, bütün kənd ayağa qalxaraq, Rauf İbrahimovun uzun illərdir məktəb direktorunun müavini işlədiyi Qarağıdır kəndindən uzaqlaşmasını istəyir. Bununla bağlı kənddə bir neçə dəfə aksiya da olub. Polis şöbəsindən isə ailəyə hələ qızın keçdiyi tibbi ekspertizyanın rəyi olmadan istintaqa başlamayacaqlarını və qarşı tərəfin də tutarlı faktlarla günahlandırdığını bildiriblər.

Qeyd edək ki, qız tibbi ekspertizdan keçib və ayın 10-na kimi cavabı gəlməli idi. Lakin cavab yubanır və İbrahimovlar ailəsi isə qızı əxlaqsızlıqda günahlandıraraq başına gələnlərdə qaynatanın günahı olmadığını bildiriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri