Qaynata yeznəsini və qudasını bıçaqladı
- 11.09.2013, 16:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün axşam saatlarında Lənkəran rayonunun Vilvan kəndində baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub. ANS-in verdiyi məlumata görə, bıçaqlanma yaxın qohumlar arasında baş verib.
Belə ki, kənd sakini 1959-cu il təvəllüdlü Mahir Ağababa oğlu Məmmədov yeznəsi 1979-cu il təvəllüdlü Nurəli Bayramov və onun atası 1955-ci il təvəllüdlü Şəmsəddin Bayramova bıçaqla xəsarət yetirib.
2008-ci ildə qızı bacısı oğlu ilə ailə həyatı qursa da, bu illər ərzində övladları dünyaya gəlmədiyindən tərəflər arasında daim mübahisə olub. Mübahisəyə son qoymaq məqsədilə dünən səhər saatlarında bacısının evinə cehizlərin geri qaytarılması məqsədilə maşın göndəriblər. Gəlinin qaynanası, bibisi zinət əşyalarını və sandığı verməyiblər. Bu səbəbdən Mahir Məmmədov axşam saat 20:00 radələrində arvadını və oğlunu götürərək bacısının evinə gedib. Özü maşında oturub və arvadı ilə oğlu məsələni həll etmək üçün evə daxil olublar. Az sonra arvadının qışqırığını eşidən Mahir arvadının bacısı tərəfindən döyüldüyünü görüb. Kömək etmək istəyəndə yeznəsi Nurəli dəryazla üstünə cumub. Bu zaman hirslənən Mahir Məmmədov cibindən bıçağı çıxardaraq hər ikisinə 1 bıçaq xəsarəti yetirib. Hazırda yaralılar Lənkəran Regional Diaqnostika Mərkəzində müalicə alıblar. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.