ABŞ Suriyaya zərbə endirərsə Rusiya İranı müdafiə silahları ilə təchiz edə bilər

Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov ABŞ-ın Suriyaya zərbə endirəcəyi təqdirdə İrana müdafiə silahları göndərilməsi və Əfqanıstana Rusiya ərazisi vasitəsilə hərbi yüklərin tranziti şərtlərinə yenidən baxılması barədə təklifləri dəstəkləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu təkliflə komitə sədrinin birinci müavini, kommunist Leonid Kalaşnikov çıxış edib.

Dumada bu gün Suriyadakı vəziyyətə dair bəyanat layihəsi müzakirə olunacaq. L. Kalaşnikov layihəni “dişsiz” adlandırıb və bəzi düzəlişlər təklif edib: “Təkliflərimin mahiyyəti bundan ibarətdir ki, Amerika hərbi müdaxiləyə başlayarsa biz dərhal SNV-3 müqaviləsindən çıxmalı, İrana müdafiə xarakterli silahların göndərilməsi və Əfqanıstana yollana hərbi yeklərin tranzit şərtlərini yenidən nəzərdən keçirməliyik”.
Şərhlər
Dünya bölməsinin xəbərləri