Bakıda mənzildə meyit tapılıb

Bakının Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1939-cu il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq eyvandan daxil olub. Mənzilə baxış keçirilərkən Sibileva Zinaida İbrahimova hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən olunub. Z.Sibilevanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri