Erotik reklamın qalmaqalı davam edir

Erotik reklamın qalmaqalı davam edir “Biz Milla zavodu olaraq, belə bir reklam çarxını tanımırıq”


Son günlər sosial şəbəkələrdə “Milla” brendinə məxsus süd məhsullarının reklamı böyük səs-küyə səbəb olub.


Live.az-ın xəbərinə görə, dünən şirkətdən AzVisionAz saytına verilən məlumata görə, həmin reklamı rəqib şirkətlər yayımlayıblar.


“Son günlər müəyyən internet saytlarında və sosial şəbəkələrdə Milla brendinin adına xələl gətirmək üçün müəyyən xoşa gəlməz reklam çarxları yayımlanmağa başlanılıb.


Bu reklam çarxlarının yayımlanması şirkətimizin imicinə, mənafeyinə xələl gətirmək üçün hazırlanıb rəqib şirkətlər tərəfindən bizə qarşı anti-reklamdır.


Biz Milla zavodu olaraq belə bir reklam çarxını tanımırıq və həmin reklam çarxı bizim tərəfimizdən çəkilib və yayımlanmasına icazə verilməyib”.


Bu gün isə başqa bir sayt tam fərqli xəbər yayıb.


Live.az xəbər verir ki, Show.az “Azərbaycanda erotik reklam” kimi qısa zamanda məşhurlaşıb səs-küyə səbəb olan videoçarxın rejissoru Zaur Qasımlı ilə əlaqə yaradıb.

Rejissor ilk növbədə bu ssenarinin seçilməsindən danışıb.


“Həmin şirkətə biz 5-6 ssenari təklif etmişdik. Düzü, mətnlə tanış olarkən düşündüm ki, bu fikir qəti surətdə rədd ediləcək. Ancaq şirkət nümayəndələri məhz bu ssenariyə baxan kimi xeyli güldülər və birmənalı şəkildə bunu təsdiqlədilər. Təbii ki, biz də həmin ssenariyə uyğun reklam roliki çəkdik.”


Rejissordan bu işinin nə qədər uğurlu olduğunu soruşduqda isə maraqlı cavab aldıq.


“Mən işimi layiqincə görmüşəm. Öz işimin arxasında da hər zaman dururam. Reklama yazılan rəylərlə də tanışam. Sadəcə hər kəsin fikrinə hörmətlə yanaşıram. Təəssüf ki, bizim gənclərimiz öz ideyalarını üzə çıxarmaqdan qorxurlar. Tamaşaçının heç vaxt öz fikri olmur. Həmişə bir-birinə baxıb fikir bildirirlər. Guya mentalitet keşiyində durublar. Amma gənclərimiz bir qədər cəsarəti olsalar, öz ideyalarından faydalana bilərlər”.



İndi kimin və hansı tərəfin düz dediyini siz qərar verin...
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri