Baş Prokurorluq Gülər Əhmədovanın vəkillərinin ittihamlarına cavab verdi: cinayətlər tam sübuta yetirilib
- 01.05.2013, 15:41,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gülər Əhmədovanın vəkilləri tərəfindən səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur.Bunu Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
"Belə ki, Bakı şəhər prokurorluğunda aparılmış istintaqla Gülər Əhmədova tərəfindən etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə cinayətlərini törətməsi tam sübuta yetirilib.Ona görə də kifayət qədər əsaslar olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", mətbuat xidmətinin rəhbəri qeyd edib.
Sultanovun sözlərinə görə, hazırda qeyd edilən cinayət işi üzrə Bakı şəhər prokurorluğunda tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir.
Qeyd edək ki, sabiq deputat Gülər Əhmədovanın vəkilləri bildiriblər ki, hazırda həbsdə saxlanılan Əhmədovaya qarşı irəli sürülən ittihamlar üzrə istintaq hərəkətləri aparılmır və qanunsuz olaraq həbsdə saxlanılır.
Xatırladaq ki, Gülər Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə Elşad Abdullayevə deputat seçilməsinə kömək edəcəyi barədə yalan vədlər verib aldadaraq bir milyon ABŞ dollarını ələ keçirməklə dələduzluq etməkdə ittiham olunur.
Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.