“Qanun naminə” çoxseriyalı televiziya filminin çəkilişlərinə başlanılıb

“Qanun naminə” çoxseriyalı televiziya filminin çəkilişlərinə başlanılıb Ötən aydan etibarən «Lider Tv&Radio-Azərbaycan” ın sifarişi ilə “Qanun naminə” çoxseriyalı televiziya filminin çəkilişlərinə başlanılıb.


Live.az-ın məlumatına görə, filmdə 20-ci əsrin əvvəllərində böyük səs-küyə səbəb olmuş cinayət işlərindən bəhs olunacaq.


Filmin ssenari müəllifi İsmayıl İmanov, rejissoru Xanlar Ağayev, quruluşçu operatoru Nadir Mehdiyev, bəstəkarı Rəşad Həşimovdur. Film tam HD formatında çəkilir və sənədli xronikadan, arxiv materiallarından, tarixi sənədlərdən istifadə olunur.


Qeyd edək ki, baş rollarda Rasim Balayev, Əldülqəni Əliyev və başqaları oynayırlar. Filmin bu ilin sonuna qədər ekranlara çıxarılacağı planlaşdırılır.


“Qanun naminə” çoxseriyalı televiziya filminin çəkilişlərinə başlanılıb
“Qanun naminə” çoxseriyalı televiziya filminin çəkilişlərinə başlanılıb
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri