Bacı harayına gedən qardaşı vəhşicəsinə döyüb öldürdülər (TƏFƏRRÜAT)
- 13.09.2013, 12:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bacı harayına gedən qardaş döyülərək öldürülüb. Əri tərəfindən döyülən bacısına sahib çıxan Ramil Nəbiyev amansızlıqla döyülüb. Ağır vəziyyətdə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Dəhşətli cinayət hadisəsi Abşeron rayonu, Hökməli qəsəbəsində törədilib. Hadisədən əvvəl R.Nəbiyevin bacısı Yeganə ona zəng edərək əri Nəbi Əmiraslanov tərəfindən hər gün döyüldüyünü xəbər verib. Ramil də bacısını gedib ata evinə gətirib. Bundan sonra ailələr arasında münaqişə pik həddə çatıb.
Nəbi qardaşı Şahin və atası Gülağanı götürərək R.Nəbiyevin yaşadığı evə hücum çəkib onu möhkəm döyüblər. Onlar hətta Ramilə yer qazmaq üçün istifadə olunan bel ilə də ölümcül zərbələr vurublar. R.Nəbiyev huşsuz vəziyyətdə xəstəxanaya aparılsa da, orada ölüb.
Abşeron Rayon Prokurorluğundan bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən Şahin, Nəbi və Gülağa Əmiraslanovlar tutulublar. Onların barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmiş şəxsin ölümünə səbəb olma (126.3-cü) maddəsi ilə cinayət işi başlanıb.
milli.az