Nizami Gəncəvinin doğma şəhərindəki məqbərəsində aparılan təmir zamanı söküldüyü iddia olunan fars dilində nəqqaşlıq nümunələrini özündə əks etdirən tablolar sökülsə də, şairin qızıldan qiymətli kəlmələri divarlara əks olunub.
Əgər əvvəllər fars dilində olan yazıları tabloda yalnız fars əlifbası ilə görürdüksə, bundan sonra biz həmin sözləri həm də Azərbaycan dilində oxuya biləcəyik. Təmir bərpa işlərinə nəzarət edən Gəncə Regional Elmi Mərkəzinin direktoru müavini Samir Pişnamazadə dəyişikliyi belə əsaslandırır: “O şeirlər hamısı yerində qalır, sadəcə biz köhnə əlifbada - Azərbaycan əlifbasında Şeyxin şeirlərini daxildə əks olundu. Burada həm ərəb əlifbasında verilir, eyni zamanda da, Şeyxin şeirləri Azərbaycan dilində də latın əlifbasında yazılıb. Bir sözlə, hər şey olduğu kimi qalıb”.
Samir Pişnamazadə İran rəsmilərinin narahatlığına da əsas görmür. Onun sözlərinə görə, məqbərədə indi aparılan nəqqaş işləri əvvəlkindən daha effektiv olacaq. Hazırda isə məqbərədə təmir işləri davam edir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənindəki məqbərədə aparılan təmir işlərinin tezliklə yekunlaşacağı və ziyarətçilərin üzünə açılması planlaşdırılır. Eyni zamanda, Şeyxin məqbərəsi önündə Nizami müzeyi də qonaqları qəbul etməyə hazırlanır.
Təmirdən sonra muzeyə gələn yerli və xarici qonaqlar dahi Nizaminin əsərləri ilə yanaşı, onun əlyazmalarının sürətini də görəcəklər.