«28 May» stansiyasının əsas çıxışı gələn həftə açılacaq
- 13.09.2013, 14:39,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni tədris mövsümünün başlaması və sərnişinlərin sayının artmasını nəzərə alaraq, Bakı Metropoliteninin rəhbərliyi hazırda yenidən qurulan «28 May» stansiyasının əsas çıxışından sərnişinlərin istifadə etməsi ilə bağlı yeni qərar qəbul edib.
Metropolitendən APA-ya verilən məlumata görə, təmir-tikinti işlərinin davam etdiyi müddətdə və mövcud şərait çərçivəsində sərnişinlərin rahatlığını maksimum təmin etmək məqsədilə metropoliten rəhbərliyi stansiyanın Cəfər Cabbarlı meydanı istiqamətində əsas çıxışını yenidən açacaq və sərnişinlərin sentyabrın 16-dan bu çıxışdan da istifadə etməsi üçün şərait yaradılacaq.
Sərnişinlər çıxışdan təhlükəsizliyin tam təmin edilməsi ilə maksimum rahat istifadə etməsi məqsədilə müvafiq hazırlıq tədbirləri görülür.
Qeyd edək ki, sentyabrın 16-dan sərnişinlərin bu istiqamətdən yalnız çıxış üçün istifadə etməsi təmin olunacaq.
Yenidənqurma dövründə sərnişinlərin buna qədər istifadə etdiyi digər giriş-çıxışlar isə əvvəlki kimi fəaliyyət göstərəcək. Sərnişinlər «28 May» stansiyasının Salatın Əsgərova küçəsinə olan ikinci giriş-çıxışından, həmçinin «Cəfər Cabbarlı» stansiyasından həm giriş, həm də çıxış üçün istifadə edə bilərlər.