Bakıda naməlum şəxs polisə atəş açdı

Ötən gün Bakının Nəsimi rayonu Dəniz küçəsində silahlı insident olub.


ANS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2 naməlum şəxs özlərini şübhəli apardıqlarına görə həmin ərazidə xidmət aparan Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərdən biri pnevmatik tapançadan havaya 2 dəfə atəş açaraq hadisə yerindən qaçıb.


Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini Orxan Əlizadə tutulub. Ondan pnevmatik tapançaya aid 38 ədəd patron götürülüb.


Digər şəxsin tutulması üçün tədbirlər görülür.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri