Bakı Avtovağzalında 30 yaşlı qadından müəmmalı hərəkət

Bu gün Bakının Binəqədi rayonu ərazisində, Beynəlxalq Avtovağzalda 30 yaşlı qadın özünü öldürmək istəyib.


Hüquq-mühafizə orqanlarından ANS-ə verilən əmlumata görə, 1983-cü il təvəllüdlü Valida Cavaşova özünü öldürmək məqsədilə kimyəvi məhlul içib. Qadın huşsuz vəziyyətdə avtovağzalın içindən tapılıb. Dərhal hadisə yerinə təcili yardım çağrılıb. Qaıdn xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.


Hazırda qadının hansı səbəbdən intihar etmək istəməsi araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri