Almaniya səfirliyi: "Bundestaq üzvlərinin Dağlıq Qarabağa səfəri haqda hökumətə hər hansı məlumat verilməyib"

Almaniyalı deputatların Dağlıq Qarabağa səfəri şəxsi təşəbbüs əsasında baş tutmuş bir səfər idi. Bunu APA-ya açıqlamasında Almaniyanın Bakıdakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Aytəkin Məhərrəmova almaniyalı deputatların Dağlıq Qarabağa səfərini şərh edərkən deyib. Səfirlik əməkdaşı bildirib ki, bu səfər haqqında Almaniya Federal hökumətinə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, Bundestaqın deputatı Yurgen Klimkenin başçılıq etdiyi Almaniya nümayəndə heyəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib. Ermənistan mətbuatının yazdığına görə, Almaniya nümayəndə heyəti Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşüb. Tərəflər görüş zamanı qarşılıqlı əməkdaşlığın qurulması barədə danışıqlar aparıblar.

Görüşdə separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyan, Ermənistan-Almaniya parlament dostluq qrupunun rəhbəri Artak Davtyan da iştirak edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri