Rəqsanənin qızı: "Anamın yoldaşı mənim üçün əsl atadır"
- 14.09.2013, 13:42,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Live.az Qafqazinfo-ya istinadən müğənni Rəqsanənin qızı Aysunun müsahibəsini təqdim edir:
- Bilirik ki, oktyabrda hazırladığın geyimləri nümayiş etdirəcəksən. Dəfiləyə necə hazırlaşırsan?- Oktyabrın ortasında “partlayış” edəcəm (gülür). Hazırladığım dəfilə kimi Azərbaycanda dəfilə olmayıb. Bu işdə iddialıyam. Hər kəs 10-15 paltar sərgiləyir və dəfilələri bitir. Heç bir fərqlilik, qeyri-adilik görmürəm. Mən 80-ə yaxın paltar nümayiş etdirəcəm. Onların içərisində çimərlik geyimləri, uşaq, kişi, qadın geyimləri var. Hamilə qadınlar üçün maraqlı, qeyri-adi paltarlar hazırlamışam. Moskvada artıq dərzilər paltarları tikir. Tezliklə mənim işimin şahidi olacaqsınız.
- Haqqında tez-tez söz-söhbətlər, şayiələr gəzir. Bunları eşidəndə hansı hisləri keçirirsən? - Mən şayiələrə fikir vermirəm, özləri üçün danışırlar. Həmişə məşhur insanların övladları haqqında danışır, onları müzakirə edirlər. Amma mənim vecimə deyil, ömür boyu danışacaqlar. Onlara ancaq deyə bilərəm ki, özlərini yormasınlar.
- Əsasən, müğənni uşaqları valideynlərinin sənətinə maraq göstərirlər. Səndə necə müğənniliyə həvəs varmı?- Mən anamın çəkdiyi əziyyətləri, yaşadığı problemləri görmüşəm. Ona görə heç vaxt müğənni olmaq istəməmişəm. Ümumiyyətlə, şou-biznesə qatılmaq istəmirəm və qatılmayacam. Mən əsl iş qadını olmaq istəyirəm, ona görə modelyerliyi seçmişəm və sənətimlə sevə-sevə məşğul oluram.
- Gələcək planların haqqında nələr deyə bilərsən?- Koorperasiya texnikomuna daxil olmuşam. İki il sonra oranın universitetinə sənət verəcəm və ali təhsilli dizayner olacam. İstəyirəm ki, dəfilədən sonra mağazam olsun və orada xanımlara dəbləri, yeni modelləri təqdim edim, insanlarla əlaqə qurum, onlar mənim hazırladığım paltarları geyinsin. Məni Aysun olaraq tanısınlar, desinlər ki, filankəs Aysunun paltarından geyinmişdi. Bu sahədə brend olacam. Kimsə məni özünə rəqib görə bilər, mən heç kimi özümə rəqib görmürəm.
- Rəqsanə təzə ailə qurub. Atalığınla münasibətin necədir?- Anamın yoldaşı mənim üçün əsl atadır. Mən bu yaşıma kimi ata qayğısı görməmişəm. Amma indi mən ata nəvazişi, sevgisi görürəm. Yaxşı ki o, bizim həyatımızda var, ümid edirəm ki, həmişə bizim yanımızda olacaq.