Azərbaycanda 8 ay əvvəl elektrik yarımstansiyasından meyiti tapılan şəxsin kimliyi müəyyənləşib
- 14.09.2013, 14:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 8 ay əvvəl elektrik yarımstansiyasından meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin fevralında Şüvəlan qəsəbəsi Ə.Qarayev küçəsindəki istifadə olunmayan elektrik yarımstansiyasında meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Xayrulin Zəkəriyyə Xeyrullayeviç olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.