Günəş sistemi həddi açıldı

Ötən gün insanın ilk dəfə olaraq günəş sistemi həddini aşdığı məlum olub. 36 il əvvəl yerdən buraxılmış “Voyecer 1” kosmik gəmisi, artıq uzaq kosmosda bəşəriyyətə tam yad məkanda hərəkət edir və uğurla şəkildə ulduzlararası komosdan siqnal ötürməyə davam edir. Ekipajı olmayan kosmik gəmi 1977-ci ildə Florida ştatından səmaya buraxılıb və əsas missiyası Günəş sistemində kənarda olan yad planetləri araşdırmaq olub. Hələ 1979-cu ildə gəmi Yupiter və onun aylarının ətraflı təsvirlərini yollayıb, bir il sonra isə Saturn planetini belə ötüb keçib. Missiya yerinə yetirilsə də Voyecer-1 plutoniumla işləyə akkumlyatorların və bugünki smartfonlardan da zəif olan çiplərin hesabına hələ də kosmik yolçuluğunu davam etdirir.

Alimlərin hesablamalarına görə, Voyecer-1-in ətrafında olan qazların çıxardığı vibrasiya səsləri, gəminin Günəş sistemindən uzaqlaşdığını deməyə əsas verir. Bu isə o deməkdir ki, hazırda gəmi yerdən 19 milyard kilometr uzaqlıqda səyahət edir. “Biz tamamilə qərib bir mühitə düşmüşük” deyə Vaşinqtonda, NASA-nın layihə iştirakçısı Qeri Stark şərh edib. Xəbər nə qədər nikbin olsa da, bir nüans alimləri həqiqətən məyus edir. Belə ki, bütün həddləri aşmış Voyecer 1- gəmisinin ən yaxınlıqda olan yad planetə çatmasına azı 40 min il vaxt lazım gələcək.



Associated Press
Şərhlər
Maraqlı bölməsinin xəbərləri