Gəncədə baş vermiş intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb

Gəncədə baş vermiş intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb Gəncə Şəhər Prokurorluğu və Baş Polis İdarəsi bu gün şəhərdə baş vermiş intihar hadisəsi ilə bağlı birgə məlumat yayıblar.

"Mayın 1-də saat 14:00 radələrində Gəncə şəhər sakini Kamran Məmmədovun yaşadığı evin qarşısındakı yardımçı tikilidə qumbara partlatmaqla intihar etməsi barədə məlumat daxil olub. Bununla əlaqədar Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət hadisə yerinə çıxmış istintaq-əməliyyat qrupu oradan partlamış qumbaranın müxtəlif hissələrini və 22 ədəd avtomat patronu aşkar edərək götürüb. Zərərçəkənin meyiti daxili müayinə üçün məhkəmə-tibbi ekspertizasına təqdim edilib", - Trend-ə daxil olan məlumatda deyilir.

Fakt üzrə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri