Lənkəran İtaliya şəhəri ilə qardaşlaşdı (VİDEO)

Lənkəran İtaliya şəhəri ilə qardaşlaşdı (VİDEO) Lənkəranla qardaşlaşmış şəhərlər sırasına daha biri əlavə edilib. Türkiyənin İskəndərun, ABŞ-ın Kaliforniya ştatının, Monterey şəhərlərindən sonra, İtaliyanın Çerveteri şəhəri Lənkəranla qardaşlaşıb.


Lənkaranla tanış olmaq üçün Çerveteri şəhərinin meri Alessio Paskuççinin rəhbərlik etdiyi nümayəndə heyəti şəhərə gəlib. Çay süfrəsi arxasındakı söhbət zamanı Lənkəranın iqtisadiyyatı, əhalinin maraq dairəsi, ərazinin təbii sərvətləri, coğrafi mövqeyi barədə məlumat alan mer Lənkəranla şəhərləri arasında oxşar cəhətlərin olduğunu deyib.


“Düşünürəm ki, şəhərlərimiz arasında qardaşlıq hər iki tərəf üçün faydalı olacaq. İqtisadi, sənaye, turizm, mədəniyyət sahəsində öz bəhrəsini verəcək. Coğrafi şəraitimiz kimi mətbəxlərimizdə də oxşar cəhətlər çoxdur. İçi ləvəngi ilə doldurulmuş çöl quşlarından hazırlanmış yemək çox dadlı idi. Yerli çayınıza isə söz yoxdur”.


Şərhlər
Sosial bölməsinin xəbərləri