“Azər ağlına nə gəlir, onu yazır, fikir verməyin”- Vüsalənin anası

“Azər ağlına nə gəlir, onu yazır, fikir verməyin”- Vüsalənin anası Bir müddət öncə qalmaqallı şəkildə ayrıldıqları xəbəri yayılan tanınmış teleaparıcılar Azər İsmayılov və Vüsalə İsmayılova barışıb.


Live.az-ın ANS-ə istinadən verdiyi xəbərə görə, bu barədə aparıcı Azər İsmayılov öz facebook səhifəsində açıqlama yazıb. O, Vüsaləylə bağlı gələn suallara belə cavab verib: "Ay camaat, barışdıq narahat olmayın. Beyin qızanda insan hər sözü deyir, hər addımı atır, rahatlayın"


Xəbərlə bağlı Vüsalə Əlizadə ilə əlaqə yaratdıb. Vüsalə Əlizadənin anası xəbərin yalan olduğunu bildirib: "Xeyr, Vüsalə ondan çoxdan rəsmi şəkildə boşanıb. Xəbər yalnışdır. O, özü ağlına nə gəlir, onu da yazır. Siz ona fikir verməyin”
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri