Azərbaycan yük avtomobillərinin idxalını 20 faiz azaldıb
- 16.09.2013, 00:08,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2013-cü ilin yanvar-iyul aylarında Azərbaycana 4486 yük avtomobili idxal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 19,8 faiz azdır. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunan dövrdə idxal olunan yük avtomobillərinin dəyəri 56,46 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 58 faiz azdır.
Ümumilikdə ötən il Azərbaycana 9432 ədəd yük avtomobili idxal olunub ki, bu da 2011-ci ilin göstəricisini 52,7 faiz ötür. İdxal olunan yük avtomobillərinin ümumi dəyəri 213,4 milyon dollardan artıq olub. Bu, 2011-ci ilin göstəricisindən 45,6 faiz çoxdur.
Həmçinin, 2013-cü ilin yanvar-iyul aylarında Azərbaycana 543 avtobus idxal olunub ki, bu da ötən ilin yanvar-iyul ayına olan göstəricidən 14,5 faiz azdır. İdxal olunan avtobusların ümumi dəyəri 25,46 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 29,3 faiz azdır.
Ümumilikdə ötən il Azərbaycana 1038 ədəd avtobus gətirilib ki, bu da 2011-ci ildə qeydə alınan göstəricidən 58,5 faiz çoxdur. İdxal olunan avtobusların ümumi dəyəri 49,88 milyon dollar olub. Bu, 2011-ci ilin göstəricisindən 88,1 faiz artıqdır.