Əhməd Davudoğlu suriyalı müxaliflərlə görüşüb
- 16.09.2013, 09:30,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu suriyalı müxaliflərlə görüşüb.
Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, nazirlə müxaliflərin görüşündə Suriyadakı son vəziyyət müzakirə olunub, xüsusilə, Rusiya ilə ABŞ arasında rejimin əlindəki kimyəvi silahların məhv edilməsi üzrə razılaşmadan sonra vəziyyətin nəzarətə alındığı ifadə edilib.
Ə.Davudoğlu Parisdə keçiriləcək "P3+1" (ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə) XİN rəhbərlərinin toplantısından əvvəl müxalifət təmsilçilərinin fikirlərini dəyərləndirib.
Türkiyəli nazir sabah Parisdə Səudiyyə Ərəbistanı və Qətərin xarici işlər nazirləri ilə də görüşəcək.