2016-cı ilədək Bakı Metropolitenində stansiyaların sayı 31-ə çatdırılacaq

2016-cı ilədək Bakı Metropolitenində stansiyaların sayı 31-ə çatdırılacaq 2016-cı ilə qədər Bakıda 8 yeni metrostansiyanın istismara veriləcəyi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə xəbər çərşənbə günü Bakı Metropoliteninin rəsi Tağı Əhmədova istinadən metropolitenin rəsmi saytında dərc olunub.

Əhmədovun sözlərinə görə, 2014-cü ildə Bakı metrosunda yeni, sayca üçüncü xətdə iki stansiyanın istifadəyə verilməsi planlaşdırılır. 2016-ci ilə qədər olan dövr ərzində bu xətdə daha 3 yeni stansiya istismara veriləcək.

"Yaşıl xətdə isə, ən azı, 3 stansiya istifadəyə veriləcək", - Bakı Metropoliteninin rəhbəri qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri