Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycanın ümumtəhsil məktəblərində Bilik Günü qeyd olunub
- 16.09.2013, 10:06,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycanın ümumtəhsil məktəblərində Bilik Günü qeyd olunub.
Trend-in məlumatına görə, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır. 2012-2013-cü dərs ilində ümumtəhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135541 nəfər olub. Onların da 73182-si oğlan, 62359 nəfəri qızdır.
Yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2400-ə yaxın uşaq I sinfə qəbul olunub.
Bu il 33745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək.
Xatırladaq ki, sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün, yeni tədris ilinin ilk dərs günü sentyabrın 16-da başlayıb.